Apteklərdə niyə yoxlama aparılmır? - Nazirlikdən açıqlama

Apteklərdə niyə yoxlama aparılmır?
Oxunma sayı: 554

“Bu il Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Trend-in sorğusuna cavab olaraq bildirib.

“Bu il apteklərdə reydlər aparılmayıb. Çunki yoxlamalar dayandırılıb və yoxlamaya səbəb olacaq şikayətlər də daxil olmayıb”.

Mərkəzdən qeyd edilib ki, bu il dərmanların ölkəyə idxalı zamanı keyfiyyətlə əlaqəli problemlər qeydə alınmayib. İdxal zamanı əsasən texniki səbəblərlə əlaqədar müəyyən problemlər olub ki, bunlar da içlik vərəqəsi və ya qablaşma ilə bağlı olub.

Mərkəzdə dərmanların əlavə təsirlərinin öyrənilməsi üçün Farmokonəzarət şöbəsi də yaradılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi