Aqrar iqtisadiyyatın aktual problemləri

aqrar-iqtisadiyyatin-aktual-problemleri
Oxunma sayı: 796

“Qafqazinfo” xəbər verir ki, konfransda Azərbaycanın kənd təsərrüfatının aktual problemləri, inkişaf meylləri, kənd əhalisinin sosial demoqrafik problemləri və onların həlli yolları, eləcə də aqrar sahədə MDB ölkələrinin təcrübəsi və bu sahədə yeni ideyalar müzakirə olunub. Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru Sadıq Salahov bildirib ki, aparılan islahatlar nəticəsində Azərbaycanda aqrar sahə MDB-nin əksər ölkələrinə nisbətən daha çox inkişaf edib.

Azərbaycanla yanaşı, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən, Dağıstan Respublikası, habelə Ukrayna, Qazaxıstan və Belarusdan aqrar elmi-tədqiqat müəssisələrinin iqtisadçı alimlərinin iştirak etdiyi konfransda aqrar sektorun inkişafı və gələcək meylləri, eləcə də bu sahədə elmin daha geniş tətbiqi barədə geniş təqdimatlar keçirilib.