“Aqrolizinq”in vəzifəli şəxslərinə cinayət işi açıldı

aqrolizinqin-vezifeli-sexslerine-cinayet-isi-acildi
Oxunma sayı: 2647


Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, aparılmış araşdırmalarla qeyd edilən cəmiyyətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2011-2013-cü illərdə satınalmalar üzrə müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Satınalmalar üzrə Dövlət Agentliyindən müvafiq razılıq almadan dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə etmələrində, həmçinin büdcə öhdəliklərinin icra edilməməsinə, iş həcmlərinin artırılmasına, borcların uçotdan yayındırılmasına və digər maliyyə pozuntularına yol vermələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov vəzifədən azad olunub. Onun, hətta ölkədən qaçması ilə bağlı mətbuatda məlumat da dərc olunmuşdu.