Aqşin plastik əməliyyat olunub? - Hamı tənqid etdi

aqsin-plastik-emeliyyat-olunub
Oxunma sayı: 7427

Uzun müddətdir ki, efirlərdən uzaq gəzən meyxanaçı Aqşin Fateh əməliyyat olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat yayıb. İfaçının plastik cərrahiyəyə üz tutması barədə xəbər yayılıb. 

Aqşin daha sonra səhifəsində video paylaşaraq məsələyə aydınlıq gətirib: “Üzümü  üzdəniraq adamlara tutub deyirəm ki, estetik elətdirməmişəm. Belə bir niyyətim olsaydı çoxdan edərdim. Model, qız uşağı deyiləm. Yazırsız ki, dindarlara yaraşmaz, bu da özünü gözəlləşdirdi.

Bundan başqa, “Camaat pul tapmır ət alıb yeməyə, bu artıq ətini götüzdürür”- şərhini də oxudum. Ay insan, Allahdan qorx. Bu ağrıların 10 saniyəsini yaşayın, onda görün ki, insanlar necə əziyyət çəkir”.