Arafatla vidalaşdı

arafatla-vidalasdi
Oxunma sayı: 646

“Qafqazinfo” Fanat.az saytına istinadən xəbər verir ki, Bakı klubu qış fasiləsini gözləmədən Cako Arafatla vidalaşıb.

“İnter” yay transfer pəncərəsinin son günündə – avqustun 31-də iki illik müqavilə bağladığı toqolu forvardla müqavilənin müddətini qarşılıqlı razılıq əsasında pozub. Arafat “İnter”dəki debüt matçında qol vurmuş və bir müddət sonra əvəzedici heyətə göndərilmişdi. Cako “İnter”in əsas komandasında cəmi 3 rəsmi matça çıxıb. Onun oyunu baş məşqçi Kaxaber Tsxadadzeni qane etmirdi.

Qeyd edək ki, 24 yaşlı futbolçunun karyerasının ilk klubu Toqonun “Mirlan” komandası olub (2007-2008, 26 oyun, 4 qol). Daha sonra Arafat Qananın “Aşanti” (2008-2009, 8 oyun, 3 qol), İsrailin “Bney Şaknin” (2009-2010, 27 oyun, 3 qol), “Hapoel Akre” (2010, 16 oyun, 10 qol) klublarında çıxış edib. 2011-ci ildə “Anji”yə keçən futbolçu cəmi bir oyunda meydana çıxıb. Ardınca isə icarə əsasında Türkiyənin “Qaziantepspor” və Qətərin “Al-Arabi” klublarında çıxış edib.