Arağa su qatanlar tutuldu

araga-su-qatanlar-tutuldu-
Oxunma sayı: 641

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbəsindəki "Şərab evi" mağazasının sahibi Anar Bayramov və "QAZel" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Əli Cəfərov istehlakçılara saxta, qidaya yararsız, üzərində Rusiya Federasiyasının aksiz markaları yapışdırılmış 40 ədəd "Stoliçnaya vodka" araqlarını satarkən saxlanılıblar.

Baxış zamanı mağazada və avtomaşında əlavə 86 ədəd saxta "Stoliçnaya vodka" və "Zelyonaya marka" araqları aşkar edilərək götürülüb.