“Arakanlıların geri qayıtması üçün münasib şərait yoxdur” - BMT son vəziyyəti açıqladı

“Arakanlıların geri qayıtması üçün münasib şərait yoxdur”
Oxunma sayı: 617

BMT Ali Kommisarlığı Arakan müsəlmanlarının Myanmaya qayıtması üçün vəziyyətin uyğun şərtlərlə təmin edilmədiyini açıqlayıb.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, qurum sədri Filippo Qandi Myanmada hələ də vəziyyətin düzəlmədiyini bildirib:

“Son 10 ildə arakanlıların haqlarının tapdanması və vətəndaşlıqlarının qəbul edilməməsinə şahidlik edirik. Vəziyyəti başa düşmək üçün cəhd edilməlidir. Son 6 ayda 680 min müsəlmanın Myanma hökumətinin və ordusunun zülmdən qaçaraq sığındığı Banqladeşin Rahin bölgəsində Musson yağışlarının yaradacağı fəsadlar nəzərə alınmalıdır”.

BMT-nin Siyasi işlər üzrə Baş katibi Miroslav Yinça isə humanitar və hüquqi vəziyyəti araşdırmaq üçün Myanmaya girişə icazə verilmədiyini deyib.

Xatırladaq ki, ötən ay Banqladeş və Myanma hökumətləri arakanlı qaçqınların geri qayıtması üçün razılıq əldə etmişdilər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi