Aralıq dənizində zəlzələ olub

araliq-denizinde-zelzele-olub
Oxunma sayı: 814

Aralıq dənizində Liviya sahillərində 4,4 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Liviyanın Əl-Marc şəhərindən 46 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.