“Aramızda pul söhbəti olmur”

aramizda-pul-sohbeti-olmur
Oxunma sayı: 4092


Elə buna görədir ki, bir çox hallarda efirdən gördüyümüz müğənniləri küçədə görəndə tanımırıq. Efirə çıxarkən onların bəziləri öz imiclərini tamam dəyişirlər. “Qafqazinfo” həmin müğənnilərin bu iş üçün nə qədər vaxt və maliyyə sərf etdiyini öyrənmək üçün ayrı-ayrı müğənnilərin salon macəralarından reportajlar hazırlyacaq. Hər zaman mənəm-mənəmlik edən, “məndən yoxdur” deyən şou əhlimiz gözəllik salonlarında həqiqətən də tər tökürlər. Bəs nə qədər pul tökürlər? Bu sualın cavabını tapmaq üçün gözəllik salonunda ilk qonağmız şou-biznesimizin qısa ətəkli qızı Səidə Sultan ilə görüşdük.  

Səidə deyir: “Mənim öz saç və makiyaj ustam var. Öz gözəliyimi ona etibar edirəm”. 

Sultana salonda  nə qədər vaxt keçirirsiniz sualını verdik: “Mən salonda elədə çox vaxt keçirmirəm. Ən çoxu 1 saat ola bilər”. 

- Pul çoxmu xərcləyirsiniz? 

- Mənim ustam Sərxandır. Mənimlə onun arasında  pul söhbəti olmur. İmkanım çatdığı qədər pul verirəm. Amma çox şişirdilmiş şəkildə gözəllyimə pul xərcləmirəm. Buna o qədər də ehtiyacım yoxdur. Kim çox çirkindir, o da çox xərcləyir.

- Saçlarınızı tez-tezmi boyadırsınız?

- Əslində, tez-tez boyamayı xoşamıram. Amma vaxtı gələndə məcburən boya vurmalı oluram. Tez-tez demək olsa bir aydan bir…

- Aldığınız boyaların keyfiyyət nişanına çox diqqət edirsinizmi?

- Əlbəttə edirəm. Çünki,  bu saçlar üçün çox önəmlidir. İstifadə etdiyim firmaların boyaları var. Onlar saçlarıma çox yaxşı təsir bağışlayır.

- Makyaj ləvazimatları necə. Siz hər gün yuxudan qalxan kimi makyajdamı olursunuz?

- Yox. Mən sadəcə önəmli yerlərə gedəndə makyajdan istifadə edirəm. 

Sonda Səidə Sultan dediyi kimi salonda 1 saatdan az vaxt keçirdi. Çox az da makyajdan istifadə etdi. Sultan gözəliyi uğrunda 40 dəqiqə vaxt,  50 manata yaxında pul xərclədi.  

Aynur