“Aramızda var Rabitə” layihəsinin təqdimatı baş tutdu

aramizda-var-rabite-layihesinin-teqdimati-bas-tutdu
Oxunma sayı: 1031

Rabitəbank daha bir unikal layihəni, ölkənin gənc istedadları ilə birgə ictimaiyyətə təqdim etdi.

“Qafqazinfo” xəbər verir ki, gənclərin dost bankı olan Rabitəbank, alternativ və keyfiyyətli musiqinin inkişafına dəstək verən “CırtdanPro” ilə, Jay Meel –in ifasında səsləndirilən “Aramızda var rabitə” musiqisini və ölkədə ilk dəfə çəkilmiş rəqəmsal animasiya klipini geniş auditoriyanın diqqətinə təqdim etmişdir.  Klipin təqdimatının ardınca, yerli media nümayəndələri tərəfindən layihə ilə bağlı fikirlər səsləndirilmiş və RabitabankBotun imtiyazlarına dair məlumat əldə etmişdirlər.

Mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyi, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri, mədəniyyət xadimləri, media nümayəndələri və CırtdanPro-nun gənc istedadları iştirak edirdilər.

Qeyd edək ki, ölkənin ilk maliyyə botu olan RabitabankBot öz müştərilərinə kommunal və mobil operator ödənişləri, cərimə ödənişləri, pul göndərmə, pul istəmə, hesabı bölmə (split bill), cash by code, plastik kart sifarişi, kredit sifarişi, kredit ödəmə və messenger vasitəsilə ödəmə kimi əməliyyatları ilə xidmət göstərir.

Ölkənin ilk müstəqil banklarından olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid  www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.