Arayış işi sadələşir

arayis-isi-sadelesir
Oxunma sayı: 636

Bu arayışlar sonradan Daxili İşlər Nazirliyinin bölmələrinə giriş imkanı əldə edə bilər. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Layihənin ilin sonunda başa çatdırılması planlaşdırılır. Onun reallaşdırılması üçün əlavə vəsaitlərin cəlb olunması nəzərdə tutulur.

Məlumat bazasının formalaşdırılmasından sonra DİN-in struktur bölmələri vətəndaşalara verilən tibbi arayışların həqiqiliyini yoxlaya biləcəklər. Bu, pasportların və sürücülük vəsiqələrinin verilməsi zamanı prosedurları sadələşdirəcək.

Hazırda idarələrarası səviyyədə məlumatların birtərəfli mübadiləsi təmin olunub ki, bu da Səhiyyə Nazirliyinə şəxsiyyət vəsiqəsinin nömrəsi ilə DİN-in məlumat bazasına sorğu verərkən onun sahibi haqqında məlumatları əldə etməyə imkan verir.

Gələcəkdə SN-in elektron bazası respublikanın digər dövlət müəssisələrinin elektron bazaları ilə birləşdiriləcək.