Araz Abdullayev gecə klubunda yaxalandı - Video

Araz Abdullayev gecə klubunda yaxalandı
Oxunma sayı: 2056

Kiprin “Anortosis” klubunda çıxış edən milli komandamızın üzvü Araz Abdullayev gecə klubunda görünüb.

“Qafqazinfo” Sportal.az-a istinadən xəbər verir ki, Abdullayev ölkə çempionatının 32-ci turunda AEK-lə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra əylənməyə gedib.

O, komanda yoldaşları - Daniyel Pranyiç, Ruben Rayo və Qordon Şildenfeldlə birgə olub. Şildenfeld şəxsi İnstaqram hesabından diskotekadan video paylaşıb.

Azarkeşlər futbolçuların heç-heçə etdiyi görüşdən sonra əylənməsinə kəskin şəkildə etiraz ediblər.

Qeyd edək ki, Araz müqavilə ilə “Qəbələ”yə məxsusdur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi