Araz Abdullayev ilk matçında “Anortosis”i xilas etdi - Video

Araz Abdullayev ilk matçında “Anortosis”i xilas etdi
Oxunma sayı: 86

Millimizin üzvü Araz Abdullayev yeni komandası “Anortosis”in heyətində ilk oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, 25 yaşlı futbolçu yoxlama görüşündə Yunanıstanın “Aris” klubuna qarşı oynayıb.

1-1 hesablı heç-heçə ilə başa çatan oyunda Abdullayev meydana 63-cü dəqiqədə daxil olub. Yarımmüdafiəçi 83-cü dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qolu vurub.

Qeyd edək ki, Kipr klubu Abdullayevi dünən matçdan əvvəl ictimaiyyətə təqdim etmişdi. Müqavilə ilə “Qəbələ”yə məxsus olan futbolçu Famaqusta təmsilçisində 1 illik icarə əsasında çıxış edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi