Araz Abdullayev oynadı, komandası məğlub oldu

araz-abdullayev-oynadi-komandasi-meglub-oldu
Oxunma sayı: 640

”Qafqazinfo” xəbər verir ki, Araz Abdullayevin məlum hadisədən sonra ilk dəfə meydana çıxması komandası üçün düşərli olmayıb. Belə ki, “Neftçi” öz meydanında “Qarabağ”a 2-1 hesabı ilə məğlub olub.Hesabı 35-ci dəqiqədə Riçard Almeyda penalti vuruşundan sonra açıb.Qapısında qol görən “Neftçi” 45-ci dəqiqədə azlıqda qalıb. İqor Mitreski hakim tərəfindən qırmızı vərəqə alıb və meydanı tərk edib. “Qarabağ” bu azlıqdan yetərincə istifadə edə bilib və 68-ci dəqiqədə yenə Riçard Almeyda özünün və komandasının 2-ci qolunu vurub.

Oyunun bitməsinə 3 dəqiqə qalmış Araz Abdullayevin sol cinahdan qaldırdığı topu Nikolas Kanales qapıya göndərib. Beləliklə “Qarabağ” qazandığı 3 xalla ümumilikdə 45 xal toplamış olub və “Neftçi” ilə aralarındakı xal fərqini 3-ə endirib.

İqbal