Araz Abdullayev “Qarabağ”a keçə bilər - Qurbanov açıqladı

araz-abdullayev-qarabaga-kece-biler
Oxunma sayı: 2485

Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev karyerasını yenidən vətəndə davam etdirə bilər.

“Qafqazinfo” xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin “Qarabağ"a keçmək variantı var.

Bu haqda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib:

“Araz Abdullayevin bir neçə klubla problemi var. Onu həll etməyə çalışacağıq. Həmin klublardan istədiyimiz cavabı ala bilsək, onu komandamıza cəlb edə bilərik. Arazın müqaviləsi var və bu səbəbdən sərbəst futbolçu deyil”.

Qeyd edək ki, A. Abdullayev bu yay Yunanıstanın “Panionios” klubuna keçib. Onunla Avstriya təmsilçisi “Mattersburq” da ciddi maraqlanır.