Araz Abdullayev Yunanıstan çempionatında debütündən danışdı

araz-abdullayev-yunanistan-cempionatinda-debutunden-danisdi
Oxunma sayı: 636

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Abdullayev komandada yaradılan şəraitdən razı olduğunu bildirib: "Dekabrın 28-dən "Panionios"un düşərgəsindəyəm. "Neftçi"də futbolçular qış fasiləsinə çıxıb istirahət edirlər, mən isə istirahət etmədən Yunanıstan klubuna keçdim. Yorğun olmağıma baxmayaraq, qısa bir müddətdə müqavilə bağlamaqla yanaşı, özümü doğrultmalıydım. Bakıda olarkən "Neftçi"nin prezidenti Sadıq Sadıqov məni qəbul edərkən "sən tək "Neftçi"ni yox, bütün Azərbaycanı təmsil edəcəksən, bunu heç zaman unutma" - deyə tövsiyə etdi. Qısa bir müddətdə Yunanıstan çempionatında debüt etdiyim üçün yaradılan şəraitə görə Sadıq müəllimə, "Panionios" klubunun rəhbərliyinə təşəkkürümü bildirirəm. Buradakı şərait məni tam qane edir. Çalışacağam ki, özümü yalnız yaxşı tərəfdən göstərib xalqımızı sevindirim".
Qeyd edək ki, Arazın debüt oyununda “Panionios” “Asteras Tripolis”ə 2:0 hesabı ilə qalib gəlib.