“Araz” elit-raunda yüksələ bilmədi

araz-elit-raunda-yuksele-bilmedi
Oxunma sayı: 1562

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Araz” son matçını keçirib.

“Qafqazinfo” xəbər verir ki, “Araz” Rumıniya təmsilçisi ilə qarşılaşıb.

Təmsilçimizə qrupdan lider kimi çıxmaq üçün bərabərlik də kifayət edirdi. Lakin, “Araz” matçdan 3:6 hesabı ilə məğlub ayrılıb.

Beləliklə, “Deva” qrup lideri kimi elit-raunda yüksəlib. “Araz” isə mübarizəni dayandırıb.

Qeyd edək ki, “Araz”ın yer aldığı qrupun oyunları Rumıniyada keçirilirdi.

“Araz” – “Deva” (Rumıniya) - 3:6

Qol: Vilela, 8, Bolinya, 31, Çovdarov, 39 - Matey, 6, 19, 39, İqnat, 18, Panzaru, 24, Tonita, 38