Araz “Panionios”da ilk oyununa çıxdı

araz-panioniosda-ilk-oyununa-cixdi
Oxunma sayı: 660

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, aşağı divizion təmsilçisi “Koropi” ilə yoxlama görüşünə çıxan “Panionios” 3:2 hesabı ilə qələbə qazanıb. 70 nömrəli forma ilə meydana çıxan Araz oyuna start heyətində çıxıb və 60 dəqiqə meydanda olub. “Panionios”un qollarına 10-cu və 33-cü dəqiqələrdə Andre Skempri, 48-ci dəqiqədə Marko Douni imza atıb.

Ceyhun Əhmədov