“Araz”dan işçisinin qətli ilə bağlı - Açıqlama

arazdan-iscisinin-qetli-ile-bagli
Oxunma sayı: 3873

“Araz” Supermarketlər Şəbəkəsi əməkdaşının qətli ilə bağlı məlumat yayıb.
 
Şəbəkənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, şirkət baş vermiş hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir:

“İyunun 20-də “Araz” Supermarketlər Şəbəkəsinin Sabunçu rayonunu Maştağa qəsəbəsində yerləşən filialının işçiləri Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb. İş saatından sonra baş vermiş hadisə nəticəsində Vüqar Hüseynzadə dünyasını dəyişib, Kənan Səlimov isə xəstəxanaya yerləşdirilib. 

Məlumat üçün bildirək ki, hadisəni törədən Surxay Əliyev “Araz” Supermarketlər Şəbəkəsinin əməkdaşı deyil. Qeyd edək ki, “Araz” Supermarketlər Şəbəkəsinin daxilində bəzi bölmələr icarə əsasında fəaliyyət göstərir. Şəbəkənin Maştağa filialında icarə müqaviləsi əsasında fəaliyyət göstərən dəniz məhsulları bölməsində çalışan Surxay Əliyev podratçı şirkətin əməkdaşıdır. Hadisənin hansı zəmində və nə səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq bölmələri tərəfindən araşdırma aparılır”.