ARB-də 100 minlik veriliş bağlandı - Yenilənib

arb-de-100-minlik-verilis-baglandi
Oxunma sayı: 6467

İki həftədir ki, hər gün ARB TV-də yayımlanan “100/100” adlı şou yayımını dayandırıb. “Qafqazinfo” xəbər verir ki, bu məlumatı layihənin aparıcısı, aktyor Elcan Rəsulov da təsdiqləyib. Şounun reytinq nəticələrinin aşağı olması səbəbindən bağlandığı iddia edilib. 

Əldə etdiyimiz məlumata görə, layihə rəhbəri Zaur Mirzəzadə ilə televiziyanın baş direktoru Rəşad Məmmədov arasında qalmaqal yaşanıb. 

İddia olunur ki, Z. Mirzəzadə  kanalın texniki tərəfindən narazı qalıb və  şounun çəkilişləri Azərbaycan Nəşriyyatında aparıldığı üçün televiziya tərəfindən heyətə yaxşı şərait yaradılmayıb. 

Təxminən 100 min manatadək xərc çəkilmiş  proqram layihə rəhbəri və baş direktor arasında yaranan gərginlikdən sonra bağlanıb. 

***

Zaur Mirzəzadə "Qafqazinfo"ya açıqlamasında kanalın baş direktoru Rəşad Məmmədovla probleminin olmadığını bildirib:

"Heç bir problemimiz yoxdur. O insan problemsiz biridir. Televiziya sahəsində işini bilən 7-8 nəfər varsa, onlardan biri Rəşad Məmmədovdur. Proqramın bağlanmağında problem 2-3 məsələ deyil. Əgər böyük bir layihə bağlanırsa, demək ki, səbəb çoxdur. Ona görə iki gün ərzində geniş bir açıqlama verəcəyik".