“Arda axmaqlıq etdi”

arda-axmaqliq-etdi
Oxunma sayı: 640

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hollandiyalı mütəxəssis Xorvatiya ilə ilk oyunda sarı vərəqə alaraq cavab oyununu buraxmaq məcburiyyətində qalan oyunçulardan Arda Turanı günahlandırıb: “İlk oyunda Sabri istəkli və aqressiv oynadığı üçün, Əmrə isə “sürüşmə fəndləri” ucbatından sarı vərəqə qazandı. Arda isə axmaqlıq etdi. Topa səbəbsiz yerə zərbə endirdi. Ona bu hərəkəti yaraşdırmadım”.

Qeyd edək ki, 0-3 hesabı ilə başa çatan Türkiyə - Xorvatiya matçında ev sahiblərinin futbolçusu Arda Turan topu bilərəkdən meydandan uzaqlaşdıraraq sarı vərəqə qazanıb və cavab qarşılaşmasını buraxmaq məcburiyyətində qalıb.

Ceyhun Əhmədov