Arda gecə həyatından əl çəkmir

arda-gece-heyatindan-el-cekmir
Oxunma sayı: 644

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyə millisinin üzvünün gecə klublarına tez-tez getdiyi bildirilir. 25 yaşlı futbolçunun bu səbəbdən məşqlərdə həvəssiz olması və ideal formasından uzaqlaşması baş məşqçi Simeonenin də nəzərindən yayınmayıb.
Qeyd edək ki, Arda Turan bir neçə gün əvvəl Slovakiyaya qarşı keçirilən yoldaşlıq görüşü zamanı Türkiyə millisinin düşərgəsinə gəldikdə də gecə klublarında görülmüşdü.

Ceyhun Əhmədov