Arda ilə Berkayın ilk məhkəmə tarixi bilindi

arda-ile-berkayin-ilk-mehkeme-tarixi-bilindi
Oxunma sayı: 1338

Futbolçu Arda Turanla müğənni Berkay Şahinin ilk məhkəmə tarixi açıqlanıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, tərəflər ilk dəfə hakim qarşısına yanvarın 30-da çıxacaqlar. Oktyabrın 10-da futbolçu və müğənni arasında məkanların birində baş vermiş dava ilə bağlı prosesə İstanbul 41-ci Asliyə Məhkəməsi baxacaq. Berkayın burnunu sındırıb, xəstəxanada atəş açan Arda haqqında “Cinsi təcavüz”, “Qəsdən adam yaralama”, “Qorxu və təşviş yaradacaq şəkildə silahla atəş açmaq”, “Lisenziyasız güllə alışı və istifadəsi” maddələri üzrə ittihamlar irəli sürülüb.

Ardanın 3 il 3 aydan 12 il 6 ayadək həbsi tələb edilir. Berkay Şahinin isə “təhqir” maddəsi üzrə 3 aydan 2 ilədək həbsi istənilir.