Arda Turan Bakıdadır - Video+Foto

arda-turan-bakidadir-videofoto
Oxunma sayı: 645

Trend-in məlumatına görə, təyyarənin üzərinə Land of Azerbaijan sözləri həkk olunub.

Aprelin 29-da şəhər gəzintisinə olacaq ispan qonaqlar nahardan sonra "Bakı" futbol klubunun təlim-məşq bazasında planlaşdırılan avtoqraf party və foto sessiyaya qatılacaqlar.

Eyni məkanda mətbuat konfransı təşkil olunacaq. Media nümayəndələri önünə Dieqo Simeone, Arda Turan və Ardamel Falkao çıxacaqlar.

İspaniyanın və dünyanın ən tanınmış klubları sırasında yer alan "Atletiko de Madrid" aprelin 30-da "Bakı" futbol klubunun "Ulduzlar" komandası ilə yoldaşlıq oyunu keçirəcək. Futbol bayramı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 19.00-dan start götürəcək konsert proqramı ilə başlanacaq. Zülfiyyə Xanbabayeva, Ədalət Şükürov, Brilliant Dadaşova futbol azarkeşlərinin önünə çıxacaqlar.