Arda Turan İlham Əliyevlə görüşdü - Fotolar

arda-turan-ilham-eliyevle-gorusdu-fotolar
Oxunma sayı: 716

Azərbaycanda səfərdə olan İspaniyanın ”Atletiko Madrid” klubun oyunçusu Arda Turan prezident İlham Əliyevlə görüşüb.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, futbolçu prezident İlham Əliyevə klublarının formasını hədiyyə edib. Formada isə prezidentin adı yazılıb.

Qeyd edək ki, İspaniyanın və dünyanın ən tanınmış klubları sırasında yer alan "Atletiko Madrid" aprelin 30-da "Bakı" futbol klubunun "Ulduzlar" komandası ilə yoldaşlıq oyunu keçirəcək.