Arda Turan məşqçiyə qorxaq dedi

arda-turan-mesqciye-qorxaq-dedi
Oxunma sayı: 643

Qol.Az-ın “Milliyyət” qəzetinə istinadən yaydığı məlumata görə, “Avro-2012”nin Xorvatiyaya qarşı keçirilən ilk pley-off matçından (0:3) sonra Arda yaxınlarıyla söhbət zamanı məşqçi ilə futbolçular arasında vəhdət olmadığını söyləyib.

O, Hiddinkin qorxaq futbol anlayışına görə Xorvatiyaya uduzduqlarını bildirib. “Bu məğlubiyyətə Hiddinkin qorxaq futbol düşüncəsi səbəb oldu. Özəlliklə hücumda böyük çətinliklərlə rastlaşdıq. Hiddink Burakı hücumda tək oynatdı, buna görə də futbolçu komandaya fayda verə bilmədi. Belə şey olar? Öz meydanımızda bir hücumçuyla oynayırıq. Təəssüf ki, xorvatları gözümüzdə çox böyütdük. Məşqçimiz rəqibimizin dünya reytinqindəki mövqeyindən çəkinirdi”, – deyə Arda bildirib.

O, Hiddinkin futbol anlayışının türk oyunçusunun xarakterinə uyğun gəlmədiyini də deyib: “Əgər məşqçi futbolçusuna güvənmirsə, əlbəttə ki, matça 0:1 geridə başlayacaqsız. Halbuki 2008-ci ildə belə deyildi. Hesabda geri düşsək də, türk futbolçusu xarakter nümayiş etdirərək sona qədər mübarizə aparır və qələbə qazanırdı. İndi isə artıq ikinci dəqiqədə oyun bizim üçün bitir”.

Qeyd edək ki, sarı vərəqə limitini dolduran Arda Xotvatiya ilə təkrar matçda oynamayacaq.