Arda Turan qələbəni Azərbaycan bayrağı ilə qeyd etdi- Video

arda-turan-qelebeni-azerbaycan-bayragi-ile-qeyd-etdi-video
Oxunma sayı: 770

Arda Turan “Atletiko” Madridin kral kubokunun finalında “Real” Madrid üzərindəki 2-1 hesablı qələbəni Azərbaycan bayrağı ilə qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, “Atletiko” Madridin 10-cu dəfə kral kubokunu qazanmaqda əvəzsiz rolu olan türk futbolçu Arda Turan kubok zəfərini azarkeşlər ilə bölüşüb.

Daha sonra “Atletiko”lu futbolçular adları çəkildikcə səhnəyə gəliblər. Arda Turan səhnəyə çağırılanda isə özünü Azərbaycan və Türkiyə bayrağına bürüyərək gəlib.

İqbal