Arda Turanın cəzası azaldıldı

arda-turanin-cezasi-azaldildi
Oxunma sayı: 1686

“Başakşəhər”in futbolçusu Arda Turan “Sivasspor”la matçda yan xətt hakimini itələdiyi üçün Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən 16 oyunluq cəza almışdı.

“Qafqazinfo” xəbər verir ki, qərara etiraz edən 31 yaşlı futbolçunun apellyasiya şikayəti dəyərləndirilib və cəza 10 oyuna endirilib.

Qeyd edək ki, Arda Superliqanın 32-ci turunda 1:1 bitən matçın son saniyələrində hakimi itələdiyi və təhdid etdiyi üçün meydandan qovulmuşdu.