Arda üçün 30 milyon təklif etdilər

arda-ucun-30-milyon-teklif-etdiler
Oxunma sayı: 845

“Barselona” klubunun türkiyəli futbolçusu Arda Turana yeni transfer təklifi var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” qəzeti yazıb.

Məlumata görə, “Arsenal” klubu Arda üçün 30 milyon avro təklif edib. Arsen Venger türk oyunçunu klubu tərk edəcək Aleksis Sançesin yerinə getirmək istəyir.

2021-ci ilə kimi müqaviləsinin olmasına baxmayaraq katalon klubunun da 30 yaşlı futbolçunu satmaq istədiyi vurğulanıb.