ARDNŞ-in planları

ardns-in-planlari
Oxunma sayı: 678

“Qafqazinfo”nun ARDNŞ-ə istinadən xəbərinə görə, bununla, regionun və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolu qarşıdakı illərdə daha da artacaq. Belə ki, 2020-ci ilədək Avropanın enerji istehlakının 70%-nin, 2030-cu ilədək isə 85%-dək hissəsinin idxal hesabına təmin ediləcəyi gözlənilir.

2013-cü ilədək ölkə ərazisinin 95 faizi “mavi yanacaq”la tam təmin olunacaq. Əhalinin təbii qazla fasiləsiz təminatı, qaz infrastrukturunun yenidən qurulması ilə yanaşı, müasir texnologiyaların tətbiqi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Bakı şəhəri, ətraf qəsəbə və kəndlərin qaz təchizatı sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində işlər sürətlənib.

Bundan başqa, 2012-ci ilin III rübündən İsveçrənin “Esso Switzerland” şirkəti yeni brendlə - SOCAR brendi ilə istehlakçıların xidmətinə başlayacaq.
Qeyd edək ki, ARDNŞ ilə “Exxon Mobil Central Europe Holding GmbH” şirkəti arasında ötən ilin noyabrında bağlanan müqaviləyə əsasən, 170-dən artıq yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi, şirkətin sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu, Vangen-Oltendə Qazdoldurma zavodu, eyni zamanda İsveçrənin Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri, eləcə də terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkətinin səhmləri Azərbaycan Dövlət Neft Şirkətinin sərəncamına keçib.

Nigar Məmmədli