ARDNŞ-nin büdcə ödənişləri artıb

ardns-nin-budce-odenisleri-artib
Oxunma sayı: 993


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2014-cü ilin fevral ayında dövlət büdcəsinə 173 milyon 35 min manat vəsait ödəyib. “Qafqazinfo” xəbər verir ki, bu göstərici ötən ilin fevral ayına nisbətən 40 milyon 750 min manat və ya 130,8 faiz çox olub. Ümumiyyətlə, 2014-cü ilin yanvar-fevral aylarında büdcəyə 346 milyon 613 min manat vəsait ödənib. Bu göstərici 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 80 milyon 97 min manat və ya 130,1 faiz çox olub. 

Bundan əlavə, cari ilin fevral ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 323 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2013-cü ilin yanvar-fevral aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 24 milyon 820 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-fevral aylarına nisbətən 653 min manat və ya 102,7 faiz çox olub.