ARDNŞ Rumıniyada 11 yanacaqdoldurma məntəqəsi istifadəyə verib

ardns-ruminiyada-11-yanacaqdoldurma-menteqesi-istifadeye-verib
Oxunma sayı: 665

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, açılış mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev iştirak edib. Bu YDM-lərin açılması şirkətin Avropa İttifaqında ilk investisiyalarıdır.

Avropa standartlarına cavab verən YDM-lər Rumıniyanın strateji əhəmiyyət daşıyan və Moldova və Ukrayna ilə həmsərhəd olan şimal bölgəsində - Botoşani, Suçeava, İaşi və Neamt vilayətlərində yerləşir.
Bu YDM-lərdə ənənəvi A-95 və A-92 benzin növləri ilə yanaşı, Nano 95 və Nano DT (dizel yanacağı) növlərinin də satışı həyata keçiriləcək.

Nigar Məmmədli