ARDNŞ və “Petrovyetnam” müqavilə imzaladı

ardns-ve-petrovyetnam-muqavile-imzaladi-
Oxunma sayı: 646

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, ARDNŞ və Vyetnamın “Vyetnam Oyl and Qaz Qrup” şirkəti (“Petrovyetnam”) arasında müqaviləni Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və “Petrovyetnam” şirkətinin vitse-prezidenti Nguyen Vu Truong Son imzalayıblar.

ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin tarixindən danışıb, Vyetnamın enerji sektorunun inkişafında Azərbaycan neftçilərinin mühüm rol oynadığnı qeyd edib. “Petrovyetnam” şirkətinin vitse-prezidenti Nguyen Vu Truong Son müqavilənin hazırlanması prosesinə göstərilən diqqətə görə ARDNŞ rəhbərliyinə minnətdarlıq edib, əmin olduğunu bildirib ki, tezliklə birgə səylər nəticəsində “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında sazişin imzalanmasına nail olunacaq. Tərəflər həmçinin, bu müqavilənin iki dövlət arasında iqtisadi münasibətlərin genişlənməsinə mühüm töhfə verəcəyini söyləyiblər.

Nigar Məmmədli