Argentina BRİKS-in 6-cı üzvü olacaq

argentina-briks-in-6-ci-uzvu-olacaq
Oxunma sayı: 800


 “Qafqazinfo”nun Rusiya saytına istinadən verdiyi məlumata görə, Hindistan səfiri Amarenda Kxatua Argentinanın BRİKS-in altıncı üzvü olmağa hazırlaşdığını bəyan edib.

Argentinanın bloka birləşməsini qrupun beş üzvündən (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) üçü dəstəkləyir. Bunlar Hindistan, Braziliya və Cənubi-Afrika Respublikasıdır.

Səfir qeyd edib ki, Hindistan ilə Argentina arasındakı mövcud əməkdaşlıq böyük potensiala malikdir. O həmçinin bildirib ki, iyulun 15-də Braziliyanın Fortaleza şəhərində keçiriləcək BRİKS sammitindən sonra Hindistanın yeni baş naziri Argentinaya səfər edəcək.

Turan