Argentina millisi ona tapşırıldı

argentina-millisi-ona-tapsirildi
Oxunma sayı: 4817

Futbol üzrə Argentina yığmasına müvəqqəti baş məşqçi təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, yığmanı 2018-ci ilin sonuna qədər Lionel Skaloni çalışdıracaq.

Lionel Argentinanın gənclər yığmasına rəhbərlik edib və istefaya göndərilən Xorxe Sampaolinin məşqçilər korpusunda yer alıb.

Skaloniyə yığmada “Valensiya”nın sabiq futbolçusu Pablo Aymar və Martin Tokalli kömək edəcək.

Qeyd edək ki, Argentina millisi ilin sonuna qədər 3 yoxlama oyunu keçirməlidir.