Argentina millisində xaos - Futbolçular Sampaolinin qovulmasını istəyir

argentina-millisinde-xaos
Oxunma sayı: 1915

DÇ-2018-in qrup mərhələsində iki oyundan sonra bir xal toplayan və şanslarını qılpayı saxlayan Argentina millisində xaos hökm sürür.

“Qafqazinfo” xəbər verir ki, "tanqoçular"ın üzvləri Nigeriya ilə keçiriləcək oyunda yığmaya Sampaolinin rəhbərlik etməsini istəmirlər. Argentina mətbuatının məlumatına görə, oyunçular onun qovulmasını və əvəzinə köməkçi məşqçinin gətirilməsini istəyiblər.

Xatırladaq ki, Argentina millisi İslandiya ilə 1:1 hesablı heç-heçə edib, Xorvatiyaya 0:3 hesabı ilə darmadağın olub.