Argentina və Bolqarıstanlı rektorlar BDU-da olublar

argentina-ve-bolqaristanli-rektorlar-bdu-da-olublar-
Oxunma sayı: 642

Universitetin Mətbuat və İnformasiya Şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən danışıb. Qloballaşan dünyada vahid təhsil sisteminə inteqrasiyanın əhəmiyyətini vurğulayan rektor bunun reallaşması istiqamətində universitetlər arası əməkdaşlığın önəmini xüsusilə qeyd edib.

Sonda Bakı Dövlət Universiteti və adıçəkilən universitetlər arasında ayrı-ayrılıqda əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanan əməkdaşlıq müqaviləsi iki qurum arasında tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsini, ikitərəfli birgə simpozium, seminar və konfrans təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur. Qeyd edək ki, qonaqlar universitetlə yaxından tanış olmaq məqsədilə laboratoriyalar, Heydər Əliyev muzeyi, Elektron Tədris Mərkəzində də olublar.

Nigar