Argentinada təyyarənin yerə çırpıldığı an - Video

argentinada-teyyarenin-yere-cirpildigi-an
Oxunma sayı: 1814

Argentinanın Kordoba şəhərində yüngülmühərrikli “Tecnam P2002 Sierra” tipli kiçik təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, bölgədə gəzintidə olan turistlər hadisəni lentə alıblar.

Onlar dərhal təyyarənin düşdüyü yerə gedərək müvafiq qurumları məlumatlandırıblar. Təyyarədə olan pilot və köməkçisi xilas edilərək xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır.