Argentinanı Nigeriya ilə oyuna Maskerano çıxaracaq

argentinani-nigeriya-ile-oyuna-maskerano-cixaracaq
Oxunma sayı: 3078

Argentina millisini Nigeriya ilə oyuna Xavyer Maskerano çıxaracaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Argentinanın "La Nacion" nəşri məlumat yayıb.

Bildirilir ki, Xorvatiya ilə matçdan sonra futbolçular Xorxe Sampaolinin istefasını tələb ediblər. Narazılıqları nəzərə alan federasiya prezidenti Kaludio Tapiya futbolçular və Sampaoli ilə oteldə yığınacaq keçirib. 

Lionel Messi başda olmaqla digər oyunçular çalışdırıcıya güvənmədiklərini bildiriblər. Lakin federasiya Xorxeni istefaya göndərəcəyi halda ona 20 milyon avro təzminat ödəməli olduğunu deyib. Qurum rəsmiləri futbolçuları Sampaolini de-yure postunda saxlamağa razı sala biliblər. 

Lakin onu heyət və taktika barədə qərar verməkdən məhrum ediblər. Meydana çıxacaq start "11-liy"i Maskerano müəyyənləşdirəcək. Xorxe isə onun köməkçisi funksiyasını yerinə yetirəcək və matç ərzində qeydlər aparacaq. 

Bu xəbəri DÇ-1986-da iştirak edən və federasiyaya yaxınlığı ilə tanınan Rikardo Xyusti də təsdiqləyib: "Argentinanı növbəti oyuna Maskeranonun hazırlayacağı dəqiqdir".