“Argentinaya baxın...” - Braziliyanın baş məşqçisi

argentinaya-baxin
Oxunma sayı: 2336

Braziliya millisinin baş məşqçisi Tite Kosta-Rikaya 2:0 qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Braziliya qrupda hansı yeri tutacaq?

- Bunun əhəmiyyəti yoxdur. Birinci və ya ikinci yeri tutmaq vacib məsələ deyil. 

- VAR sistemi ilə Byorn Kupers Neymara qarşı verilən penaltini ləğv etdi...

- Bəli, gördüm. Bəzən VAR işləyi, bəzən yox. Mən hakim olsaydım, həmin epizoda penalti verərdim. Çünki orada qayda pozuntusu var idi. Lakin Braziliya hakimin köməyinə ehtiyac duymur. 

- Neymar zəfərdən sonra ağladı. Bunu necə şərh edərdiniz?

- Bunu görmədim və şərh etməyəcəm. Amma milli komandanı təmsil etmək sevinc, məmnunluq və qürurdur. 

- Braziliya DÇ-2018-in favoritlərindəndir. Amma komandanız çətinliklə xal toplayır. Niyə?

- Bura dünya çempionatıdır. Burada səhv çox baha başa gəlir. Məsələn, Argentinaya baxa bilərsiniz. 

- Sonuncu matçda heç-heçə sizin üçün kifayətdir. Bunun üçün oynayacaqsız?

- Biz heç zaman heç-heçə üçün oynamamışıq.