Ariana terror aktı qurbanlarının xatirəsinə xeyriyyə konserti verəcək

ariana-terror-akti-qurbanlarinin-xatiresine-xeyriyye-konserti-verecek
Oxunma sayı: 644

Amerikalı müğənni Ariana Qrande İngiltərənin Mançester şəhərinə qayıdaraq terror qurbanlarının xatirəsinə xeyriyyə konserti vermək istəyir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ifaçı tvitter hesabında bildirib.

“Mən cəsur Mançester şəhərinə fanatlarımla görüşmək və qurbanlarının (terror-red) xatirəsinə xeyriyyə konserti vermək üçün qayıdacam”,-deyə müğənni vurğulayıb.

O, konsertin nə vaxt olacağı ilə bağlı dəqiq məlumat verməyib.

Qeyd edək ki, mayın 22-də “Mançester Arena” Ariana Qrandenin konserti zamanı terror aktı baş verib. İntiharçı-terrorçu Salman Abedinin özünü partlatması nəticəsində 12-si uşaq olmaqla 22 nəfər həlak olub.