Arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

ariciliq-mehsullarinin-sergi-satis-yarmarkasi-kecirilecek
Oxunma sayı: 1777

Arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23, ünvanda (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.

Sərgi-satış yarmarkasının açılışı oktyabrın 10-da olacaq. Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabrın 19-dan 30-dək aşağıda göstərilmiş sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər:

Şəxsiyyət vəsiqəsi
Arıxananın baytarlıq pasportu (şəhadətnaməsi)
Rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə
Rayon kənd təsərrüfatı idarəsindən arıçının qeydiyyatda olması barədə məktubu

Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərinin səmərəliliyini artırmaq və vaxt itkisinə yol verməmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək:

Lənkəran iqtisadi rayonu üzrə - 18-20 sentyabr
Kəlbəcər-Laçın və Yuxarı qarabağ iqtisadi rayonları üzrə - 21 sentyabr
Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-23 sentyabr
Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 24-25 sentyabr
Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 26 sentyabr
Naxçıvan iqtisadi rayonu üzrə - 27-28 sentyabr
Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr
Aran iqtisadi rayonu üzrə - 30 sentyabr

Eyni zamanda, oktyabrın 9-da şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.