Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev əməliyyat olunub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Xəzər TV-də yayımlanan “5-də 5” proqramında məlumat verilib.
Mövzu barədə danışan aparıcı Zaur Kamal məşhur xanəndə ilə əlaqə saxlayıb. Telefonla açıqlama verən A. Babayev ağır əməliyyat keçirdiyini, indi isə səhhətinin qaydasında olduğunu vurğulayıb. O, əməliyyat üçün İstanbuldan həkim gətirildiyini də qeyd edib.
Bu məqamda bildirək ki, Xalq artistinin müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.