Arif Əsgərovun qohumu məhkəməyə gəlmədi

Arif Əsgərovun qohumu məhkəməyə gəlmədi
Oxunma sayı: 894

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

"Qafqazinfo"nun məlumatına görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə məlum olub ki, barəsində həbs qərarı verilməyən E.Hüseynov prosesə gəlməyib. Onun vəkili məhkəməyə sənəd təqdim edərək bildirib ki, müvəkkili xəstəliyi ilə əlaqədar Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib.

İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib. E,Hüseynov digər zərərçəkənlərdən də aldıqları ilə birlikdə ümumi olaraq təxminən 8 milyon manat pul mənimsəyib.

Qeyd edək ki, təqsirləndirilən E.Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğludur. Onun qardaşı Rahib Hüseynovun məhkəməsi hazırda davam edir. İttihama görə, R.Hüseynov "Azərbaycan Dəmiryolları" QSC-yə yataq dəstləri gətirmək adı ilə Qoşqar Zeynalovdan 4 milyon 300 min manat alaraq mənimsəyib. Digər zərərçəkən Namiq Mehdiyevə də pul “atıb”.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi