Arif Hacılı barədə prezidentə müraciət etdilər

arif-hacili-barede-prezidente-muraciet-etdiler
Oxunma sayı: 724

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə istiqlalçı deputatlar ölkə prezidentinə müraciət ünvanlayıb. Müraciətdə Arif Hacılı Azərbaycanın Müstəqillik haqqında konstitusiya aktına imza atan 43 nəfərdən biri olduğu, hazırda Azərbaycan Konstitusiyasının 230-cu maddəsi ilə həbsdə olduğu bildirilir. Müraciəti ünvanlayanlar prezidenti Arif Hacılını və digər həbsdə olan fəalları azad etməyə çağırıb.

Müraciəti oxuyan Vaqif Hacıbəyli bildirib ki, müraciət 20 istiqlalçı deputat tərəfindən imzalanacaq.

Daha sonra tədbir iştirakçıları məsələyə münasibət bildirib. Müsavat başqanı İsa Qəmbər Arif Hacılının həbsini haqsızlıq və Azərbaycanın imicinə zərbə kimi qiymətləndirib: “O, adi insan deyil, xalqının müstəqilliyi uğrunda mübarizə aparmış insanlardan biridir”.

Pənah Hüseyn, Sabir Rüstəmxanlı və digər çıxışçılar da Arif Hacılının Azərbaycanın müstəqillik qazanmasında rolu olan insanlardan biri olduğunu vurğulayıb.

Fatimə Kərimli