“Arif Hacılı belə tapşırıq verə bilməz”

arif-hacili-bele-tapsiriq-vere-bilmez
Oxunma sayı: 912

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Partiyanın Divan üzvü Yadigar Sadıqlının rəhbərliyə qarşı irəli sürdüyü ittihamlara cavab verib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkədə status paylaşıb. Onun sözlərinə görə, saytların tirajladığı məlumatlar həqiqəti əks etdirmir:

“Əvvəla, partiyanın başqanı Arif Hacılının müsavatçıların daxili qrupunda kiməsə qarşı kampaniya aparmaq tapşırığı və ya belə kampaniyaya xeyir- dua vermək faktı ortada yoxdur. Belə tapşırıq ola da bilməz. Müsavat Partiyasında formalaşmış münasibətlər sistemi buna imkan tanımır. İkincisi, qapalı qrupda Yadigar bəyə qarşı, onun iddia etdiyi kimi hər hansı kampaniya olmayıb. Kimsənin onu satqınlıqda və bölücülükdə ittiham etməsi faktı yoxdur. Bəzi partiya üzvləri Yadigar bəyin partiyanın son məclisindəki davranışlarından narazılıqlarını bildirib, ondan səsləndirdiyi təhqirə görə üzr istəməsini tələb ediblər. Onun yazdıqlarından razı olub olmadıqları məqamlara münasibət bildiriblər. Mümkündür ki, bu münasibət həmişə arzuolunan səviyyədə olmayıb və belə hala görə ancaq münasibət bildirən şəxs cavabdeh ola bilər. Yadigar bəyin həqiqətə uyğun olmayan son açıqlamalarının motivləri mənə aydın deyil. Ümid edir və inanıram ki, Yadigar bəy yaxın zamanlada, yol verdiyi yanlışlıqların nəticələrini aradan qaldırmaq üçün lazımı addımlar atacaqdır. Etiraf etmək böyüklükdür".