Arif Hacılının səhhəti ağırlaşdı

arif-hacilinin-sehheti-agirlasdi
Oxunma sayı: 643

Bu barədə redaksiyamıza A. Hacılının həyat yoldaşı Nəzakət xanım məlumat verib. N.Hacılının bildirdiyinə görə, həbsxanada Arif bəylə görüşüb: “Görüş zamanı Arifin başında kəskin ağrılar başladı. Gözünün altı qaraldı. Vəziyyəti həddindən artıq pisləşdi. Bu baş ağrısı adi baş ağrısından fərqlənir. Təxminən yarım saatdan sonra ağrılar nisbətən sakitləşdi”. N. Hacılının sözlərinə görə, bu hal həbsxanada dəfələrlə təkrarlanıb: “Bir dəfə istintaq zamanı müstəntiqin yanında da Arifin baş agrıları tutubmuş. Biz isə bu məsələdən indi xəbər tuturuq. Arif bəy şikayətlənən şəxs deyil. Heç zaman bizim narahat olmağımıza razı olmaz. Hadisə mənim yanımda olmasaydı, yəqin ki, xəstəliyindən xəbər tutmazdıq. Lakin xəstəliyi ciddidir”.

Qeyd edək ki, A. Hacılı İctimai Palatanın 2 aprel tarixində keçirilən mitinqi zamanı həbs edilib. O, Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanı pozan hərəkətləri təşkil etmə və bu kimi işlərdə fəal iştirak) maddəsi ilə təqsirləndirilir. Hazırda cinayət işi ilə bağlı Səbayıl Rayon Məhkəməsində məhkəmə prosesi davam edir. Növbəti proses bu gün saat 10:30-da Səbayel Rayon Məhkəməsində davam etdiriləcək.

musavat.com