Arif Qasımov konfrans keçirib tələbələri mükafatlandırdı

arif-qasimov-konfrans-kecirib-telebeleri-mukafatlandirdi
Oxunma sayı: 1295

Bu gü Nizami Rayon İcra Hakimiyyətində 2018/2019-cu tədris ilinin yekunları və təhsil müəssisələrinin yeni 2019/2020-ci dərs ilinə hazırlığının vəziyyəti barədə konfrans keçirilib.

Qurumdan "Qafqazinfo"ya verilən məlumata görə, konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ilk öncə təhsil işçilərini qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib.

A.Qasımov son 16 ildə Azərbaycan təhsilinin inkişafı ilə bağlı 20-dən çox Dövlət Proqramı qəbul olunduğunu, eyni zamanda, məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətlərini qeyd edib.

O, bu gün islahatlar yolunda olan milli təhsilimizin yaxın gələcəkdə dünyanın qabaqcıl ölkələri sırasına çıxaracağını əminliklə bildirib.

Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 2018/2019-cu tədris ilinin yekunları və təhsil müəssisələrinin yeni 2019/2020-ci dərs ilinə hazırlığının vəziyyəti barədə çıxış edib.

Konfransın sonunda yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş məzunlar Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən hədiyyələrlə mükafatlandırılıb.