Arif Qasımov sakinlərlə görüşdü - Foto

Arif Qasımov sakinlərlə görüşdü
Oxunma sayı: 442

13 mart-da Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən 10 №-li tam orta məktəbdə İ.Məmmədov küçəsi 7, 10, 11, B.Nuriyev küçəsi 26 ünvanlarda yaşayan sakinlərlə səyyar qəbul-görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Qəbulda sakinlər məhəllədaxili yolların asfaltlanması, ağacların budanması, yaşadıqları binaların dam örtüklərinin təmiri və digər məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi