Arif Qasımov səyyar qəbul keçirdi

arif-qasimov-seyyar-qebul-kecirdi
Oxunma sayı: 1147

Dünən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən R.Rüstəmov küçəsi 13, 13a, 17, K.Balakişiyev küçəsi 46a, 48 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.

Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər problemlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.